DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiyalı nazir öz iş yerində LGBT təmsilçilərininin işləməsinə qadağa qoyub

Məmur nazirlikdəki öz kabinetində ayda bir dəfə dini mövzuda goruşlər keçirir.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio Xarici İşlər Nazirliyindəki öz iş yerində cinsi və gender azlıqlarını görmək istəmir. Onun rəsmi çıxışlarında onlar haqqında heç nə qeyd edilməməlidir. Bu barədə Rusiya mediası yerli "Helsingin Sanomat" (HS) qəzetinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, qadağan olunmuşlar siyahısına LGBT* abreviaturu kimi genderlərin və cinsi müxtəlifliyini təsvir edən müxtəlif terminlər daxildir.
Xristianlıq nazirin həyatında mühüm rol oynayır. Onun xüsusi işlər üzrə köməkçisi Tuomas Tahti qəzetə bildirib ki, Tavio ayda bir dəfə Nazirlikdəki öz kabinetində dini mövzuda goruşlər keçirir, lakin bu, onun çıxışlarında cinsi və gender azlıqlardan danışmağı qadağan etməsi ilə bağlı deyil.
LGBT təmsilçisi, arxiv
Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib ki, nazirin öz işçilərinə necə göstəriş verməsi onun səlahiyyətində deyil. Onun sözlərinə görə, vacib olan Finlandiya rəsmilərinin dövlətin rəsmi xəttinə uyğun danışması və fəaliyyət göstərməsidir.
İyun ayında Rusiya Ədliyyə Nazirliyinin rəis müavini Oleq Sviridenko ölkədə "gey millətçiliyinin" təhlükəsindən danışıb.
Bu yaxınlarda Qazaxıstanda da LGBT təbliğatını qadağan etmək istəyiblər.
*"Beynəlxalq LGBT İctimai Hərəkatı" - ekstremist və terrorçu kimi tanınır və Rusiya Federasiyasının ərazisində qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.