İQTİSADİYYAT

Dünya maliyyə brokeri Azərbaycan bazarına daxil olub

Azərbaycan Respublikasında treyderlər səhmlər, əmtəələr, valyutalar və s. daxil olmaqla müxtəlif aktiv sinifləri üzrə CFI məhsullarının hərtərəfli dəstinə çıxış əldə edəcəklər.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Dünyanın aparıcı maliyyə brokeri CFI (Capital Finance International) Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub.
Qərb mediası xəbər verir ki, bu, onun Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası olan "Azfinance" investisiya şirkətini əldə etməsi nəticəsində mümkün olub.
Onların məlumatına görə, CFI şirkəti Azərbaycanın onlayn treydinq bazarına daxil olan ilk beynəlxalq şirkətdir.
Bu ilin dördüncü rübündə "Azfinance" investisiya şirkətinin rebrendinqi və müvafiq xidmətlərin işə salınması gözlənilir.
Tam işə salındıqdan sonra Azərbaycanda treyderlər səhmlər, əmtəələr, valyutalar və s. daxil olmaqla müxtəlif aktiv sinifləri üzrə CFI məhsullarının hərtərəfli dəstinə çıxış əldə edəcəklər.
Şirkətin həmtəsisçisi və icraçı direktoru Hişam Mansur jurnalistlərə bildirib ki, onlar Azərbaycanda mövcudluğunun genişlənməsindən məmnundurlar və ölkədə müstəsna ticarət xidmətləri göstərməyə çalışırlar.

"Azərbaycan dinamik bazarı və iqtisadi potensialına görə mühüm strateji əhəmiyyətə malikdir", - Hişam Mansur qeyd edib.

Xatırladaq ki, CFI şirkəti 1998-ci ildə yaradılıb. Bu gün onun ofisləri Böyük Britaniya, Kipr, Livan, İordaniya, BƏƏMavrikidə fəaliyyət göstərir.
Şirkətin baş ofisi Dubayda yerləşir. CFI öz müştərilərinə 18 dünya bazarında 7000-dən çox məhsulla ticarət aparmağa imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.