CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 8 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Avqustun 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 8-də kim anadan olub?
Yuli Qusman (1943) - Sovet və Rusiya teatr, kino rejissoru, teleaparıcı, aktyor, RF əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artistidir. O, Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli "Nika" mükafatının təsisçisi və bədii rəhbəridir.
Yuli Qusman
Rasim Balayev (1948) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Nəsimi", "Babək", "Dədə Qorqud" və s. filmlərdə oynadığı rollarla tamaşaçıların sevgisini qazanıb.
Rasim Balayev
Akif İslamzadə (1948) - Azərbaycan estrada müğənnisidir. O, 1986-cı ildə xəstəlik səbəbindən səsini itirib.
Akif İslamzadə
Erl Kemeron (1917-2020) - ingilis aktyorudur. O, İngiltərədə məşhurlaşan ilk qaradərili aktyorlardan biridir. Aktyorun 1951-ci ildə "Londonda hovuz" filmindəki çıxışı ingilis kino tarixində qaradərili aktyorun ilk baş rolu olub.
Dastin Hoffman (1937) - ABŞ səhnə və kino aktyorudur. O, "Kramer Kramerə qarşı", "Yağış adamı", "Misli görülməmiş" və s. filmlərdə rol alıb.
Dastin Hoffman
Rocer Federer (1981) isveçrəli peşəkar tennisçidir. O, bir çox rekordun sahibidir. 2003-cü il Rocerin ilk Böyük Dəbilqə serialı turnirində çempion olmağı ilə yadda qalıb.
Rocer Federer
8 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1786-cı ildə isveçrəli həkim Mişel Pakkar Avropanın ən yüksək zirvəsini - Monblanı fəth edən ilk şəxs olub. Məhz bu gün Beynəlxalq Alpinizm Günü olur.
1929-cu ildə Almaniyanın "Qraf Tsepellin" dirijablı ilk dəfə Yer kürəsi ətrafında uçuşa çıxıb. 20 gün ərzində o, 34 min km-dən çox məsafəni uğurla qət edib.
1949-cu ildə Strasburqda Avropa Şurasının ilk iclası keçirilib.
2004-cü ildən məhz bu gündə anadan olan Sovet və Rusiya mikrocərrah-oftalmoloqu, tibb professoru, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fedorovun xidmətlərinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Oftalmologiya Günü qeyd edilir.
2008-ci ildə Çinin paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Azərbaycan idmançıları Pekində 7 medal qazanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.