İDMAN

"Qarabağ" klubunun potensial rəqibi müəyyənləşib

İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə son Azərbaycan çempionu "Qarabağ" klubunun potensial rəqibləri ilə yanaşı, qarşılaşacaq digər cütlüklər də müəyyənləşib.
Sputnik
BAKI, 5 avqust — Sputnik. UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə son Azərbaycan çempionu "Qarabağ" klubunun potensial rəqibləri ilə yanaşı, qarşılaşacaq digər cütlüklər də müəyyənləşib.
Çempionlar yolu
"Yanq Boys" (İsveçrə) - "Qalatasaray" (Türkiyə)
"Dinamo" (Zaqreb, Xorvatiya) \ "Qarabağ" - "Ludoqorets (Bolqarıstan) cütünün qalibi
"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi \ "Slovan" (Slovakiya) - APOEL (Kipr) cütünün qalibi
"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç) cütünün qalibi \ "Srvena Zvezda" (Serbiya)
"Malmö" - PAOK cütünün qalibi \ "Sparta" - "Styaua" cütünün qalibi
Liqa yolu
"Lill" - "Fənərbaxça" cütünün qalibi \ "Slaviya" - "Union Sent Jiloaz" cütünün qalibi
"Dinamo" K - "Reyncers" cütünün qalibi \ "Zalsburq" - "Tvente" cütünün qalibi
Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.