İDMAN

Olimpiyaçı Sena çayında üzdükdən sonra xəstəxanalıq olub

Belçikalı atlet Kler Mişel Olimpiadada triatlon yarışı çərçivəsində Sena çayında üzdükdən sonra bağırsaq çöpləri xəstəliyinə tutulub.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Belçikalı atlet Kler Mişel Olimpiadada triatlon yarışı çərçivəsində Sena çayında üzdükdən sonra bağırsaq çöpləri xəstəliyinə tutulub.
Flamandın "Nieuwsblad" qəzetinin yazdığına görə, idmançı dörd gündür ki, xəstəxanadadır.
Kler Mişelin xəstəliyi səbəbindən Belçika triatlon komandası qarışıq estafetdə iştirakdan imtina edib.
"İdmançıların marionet kukla olduğu bir sirk" – Kler Mişelin həmkarı Marten Van Ril, Olimpiada təşkilatçılarının triatlonçulara qarşı səhlənkarlığını izah edib.
"Haqqında düşünmək istəmədiyim şeyləri gördüm və hiss etdim" - Belçika triatlon komandasının başqa bir üzvü Jolien Vermeylen Sena çayında üzgüçülükdən sonra bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Qazaxıstandan olan triatlonçu Yekaterina Şabalina Sena çayında üzdükdən sonra özünü pis hiss etməyə başladığı üçün yarışdan imtina etməli olub. Onun kanadalı həmkarı Tayler Mislavçuk finiş xəttinə çata bilib və orada qusub.
Həmçinin 2024-cü il Olimpiadasının hakimi Aleksey Kalinin Parisdə keçiriləcək Olimpiya Oyunlarında açıq suda üzgüçülük turnirinin Senada keçirilməyəcəyini bildirib.