CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 4 avqust

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Avqustun 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 4-də kim anadan olub?
- Ramiz Məlikov (1943-2023) - Azərbaycanın xalq artisti, teatr və kino aktyoru. "Yeddi oğul istərəm", "Ulduz", "Nəsimi" və s. filmlərdə rol alıb.
Xalq artisti Ramiz Məlik
- Lui Armstronq (1901-1971) - ABŞ caz musiqiçisi, trubaçı və vokalçı. O, cazın inkişafına böyük təsir göstərib və onun bütün dünyada populyarlaşmasına mühüm töhfə verib. Armstronq "Qremmi" də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. 1972-ci ildə ABŞ İncəsənət və Səsyazma Elmlər Akademiyası Lui Armstronqu "Ömür Boyu Müvəffəqiyyət" Mükafatı ilə təltif edib ((Grammy Lifetime Achievement Award; ölümündən sonra).
Lui Armstronq
- Billi Tornton (1955) - ABŞ aktyor, ssenarist, rejissor və müğənnisi. Torntonun ssenarisinə görə "Oskar" mükafatına layiq görüldüyü "İti ülgüc" dramının nümayişindən sonra geniş şəkildə tanınıb. "Farqo" serialı, "Böyük Partlayışın Nəzəriyyəsi" və "Hakim" filmindəki rolları ilə tanınır.
Billi Tornton
- Barak Obama (1961) - ABŞ-ın 44-cü prezidenti. 2009-cu ilin Nobel Sülh Mükafatı laureatı. Prezident seçilməzdən əvvəl İllinoys ştatından federal senator idi.
Barak Obama
Avqustun 4-də dünyada baş verən tarixi hadisələr
1668-ci ildə fransız rahib Pyer Perinyon qardaşlarını tamamilə yeni köpüklü içkinin dadına baxmağa dəvət etdi – bu, şampan idi. Bu tarix şampanın qeyri-rəsmi doğum gününə çevrildi.
1918-ci ildə general Denstrevilin komandanlığı ilə ilk ingilis hərbi dəstələri Bakıya gəliblər. Bakıda hakimiyyəti ələ keçirən eser-menşeviklər və daşnaklar Qafqaz İslam ordusuna qarşı çıxmaq üçün İrandan ingilis dəstələrini köməyə çağırmışdılar.
1992-ci ildə Azərbaycan Portuqaliya ilə diplomatik əlaqələr qurub.
2007-ci ildə ABŞ-ın Kanaveral Kosmodromundan Marsın tədqiqi üçün nəzərdə tutulmuş АМС Phoenix raketi buraxılıb.