BAKI, 4 avqust — Sputnik. ABŞ Ermənistanı öz təsir dairəsinə salmağa davam edir. Bu yaxınlarda Dövlət Departamenti rəhbərinin müavini Ceyms O'Brayen söz vermişdi ki, onun ölkəsi Ermənistana "strateji tərəfdaşlıq" təklif etməyə hazırdır.
Bundan bir qədər əvvəl onun rəhbəri Entoni Blinken ABŞ-ın Ermənistanın dövlət idarəçiliyinə və iqtisadiyyatına 65 milyon dollardan çox sərmayə qoymaq niyyətində olduğunu bildirmişdi.
ABŞ Senatının Təxsisatlar Komitəsi 2025-ci maliyyə ili üçün Xarici Əməliyyatlar haqqında qanun layihəsini təsdiqləyib ki, bu da Ermənistana 65 milyon dollarlıq yardımı ehtiva edir. Komitənin bu qərarı Komitənin bu qərarı Ermənistan siyasətçilərinin müvafiq dairələrində böyük sevinclə qarşılanıb və onlar bunu İrəvana birmənalı dəstək kimi qiymətləndirib.
Ermənistanda ABŞ-dan istənilən maliyyə yardımına regiondakı geosiyasi vəziyyət baxımından baxıldığını nəzərə alsaq, bu, xüsusilə önəmlidir.
Qeyd etmək lazımdır ki, ABŞ Ermənistana müstəqilliyinin ilk günlərindən yardım edib. Son 30 ildə maliyyələşdirmə həcmi 3 milyard dolları keçib.
Lakin bu qərar, ABŞ qoşunlarının Ermənistanda olması və birgə hərbi təlimlərin keçirilməsi ilə birləşərək, ekspertlərin bütövlükdə geosiyasi vəziyyətlə əlaqələndirdiyi bir qədər fərqli çalar alır.
Erməni-ABŞ hərbi təlimləri, arxiv
© Photo : MoD of Armenia
ABŞ-ın yadımları regionda onsuz da gərgin vəziyyəti gərginləşdirir
ABŞ rəhbərliyinin müxtəlif bəhanələrlə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirən bir ölkəni birmənalı şəkildə təşviq etməsi regionda gərginliyin növbəti raundunun artması üçün ilkin şərtlərin yaradılması kimi qiymətləndirilə bilər. Ermənistandakı revanşist qüvvələr bunu ümumilikdə ölkə siyasətinə dəstək kimi qəbul edirlər.
Çoxları bu cür hərəkətlərə İrəvanın Qərblə Rusiya arasında etdiyi seçim nöqteyi-nəzərindən baxsalar da, Azərbaycanda buna başqa cür yozulur. Xüsusilə qeyd olunur ki, Qərb dövlətlərinin dəstəyi Paşinyan hökumətini sülh prosesinə mane olmağa sövq edir.
Ermənistan rəhbərliyinin sülhsevər bəyanatlarına baxmayaraq, əslində onlar sülh prosesini imitasiya etmək üçün hər şeyi edirlər. Hətta sülh müqaviləsi razılaşdırıldıqda belə, gələcəkdə ona əməl etməkdən imtina etmək imkanını saxlayırlar. Həqiqətən də, hazırda Ermənistan Konstitusiyasına müvafiq düzəlişlər etmədən Azərbaycanla müqavilə imzalanması revanşist qüvvələrə gələcəkdə bu sənədi ləğv etməyə imkan verəcək.
Vaxtilə ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndələrindən biri Bakıda təkbətək söhbətində belə bir fikir söyləmişdi ki, Vaşinqton Cənubi Qafqazdakı münaqişələri həll edə bilməz, çünki o, burada hərbi cəhətdən təmsil olunmur.
Qeyd edək ki, ABŞ və onun regiondakı müttəfiqlərinin müşahidəçilərinin və hərbi personalının sayının artması tərəflərin mövqelərinin yaxınlaşmasına və ya sabitliyin möhkəmlənməsinə qətiyyən kömək etmir.
Bununla belə, ABŞ diplomatının sözlərinə əsaslansaq, belə nəticəyə gələ bilərik ki, onlar hələ də regionda hərbi mövcudluğunu artırmağa ümid edirlər. Ona görə də güman etmək olar ki, onlar tərəflər arasında sülhün bağlanmasında sadəcə olaraq aktiv hərəkətləri imitasiya edirlər.
Əks halda, xaricdəki kuratorlarının bütün sifarişlərini heç şübhəsiz yerinə yetirən Paşinyanın Avropa Siyasi Birliyinin Londonda keçirilən dördüncü sammiti zamanı qəfildən İlham Əliyevlə görüşdən imtina etməsini izah etmək çətindir. Üstəlik, görüş Britaniya hökumətinin təşəbbüsü ilə keçirilməli idi.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
© Sputnik / Владимир Смирнов
Bakıda hadisələrin bu cür inkişafı mənfi qiymətləndirilib. Prezident İlham Əliyev qeyd edib ki, Paşinyanın belə bir davranışından sonra o, sülh prosesinin irəliləyişinə daha az nikbin baxır.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün platformanın təmin edilməsi təklifi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən səsləndirilmiş, Azərbaycan buna faktiki razılığını bildirmiş, Ermənistan tərəfi isə əvazökar bir sükutla cavab vermişdi. Bununla belə Ermənistan Avropa Sülh Fondundan və digər Qərb təşkilatlarından yardım qəbul etməyə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.