İDMAN

Paris-2024: Alfonso Dominqes finala yüksəlib

İdmançımız 92 kq çəki dərəcəsində İspaniya təmsilçisi Enmanuel Reyes Playa qalib gəlib.
Sputnik
BAKI, 4 avqust - Sputnik. Azərbaycanın boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda İspaniya təmsilçisi Enmanuel Reyes Pla ilə qarşılaşıb.
Rəqibinə qalib gələn boksçumuz həlledici döyüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Lazizbek Mullojonov (Özbəkistan) - Davlat Boltayev (Tacikistan) cütünün qalibi olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, A.Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
01.08.24, 20:29
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu, kubalı Xulio Sezar la Kruzu məğlub edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.