CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 avqust

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Avqustun 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 3-də kim anadan olub?
- Con Lendis (1950) ABŞ-dan olan kinorejissor, aktyor və prodüserdir, komediyaları, qorxu filmləri və müğənni Maykl Ceksonun iştirak etdiyi musiqi klipləri ilə məşhurdur. Ən məşhur əsərləri "Bluz qardaşları", "Amerikalı bədheybət Londonda", "Yerdəyişmə", "Hörümçək adam 2", "Bədheybətlər şəhəri" və s.
- Ceyms Alan Hetfild (1963) - ABŞ rok musiqiçisi, vokalçı və gitaraçısı, 1980-ci illərin ən görkəmli treş-metal sənətçilərindən biri. "Metallica" qrupunun həmtəsisçisi və daimi üzvü (1981-ci ildən Lars Ulrix ilə birlikdə). 2011-ci ildən bəri o, "Rolling Stone"un bütün zamanların ən böyük gitaraçıları siyahısında 87-ci yerdədir.
Ceyms Alan Hetfild
- Matye Kassovits (1967) - fransız kinorejissoru, ssenaristi və aktyoru. O, "Beşinci element", "Ameli" və başqa filmlərdə rol alıb.
Matye Kassovits
- Tom Bredi (1977) - ABŞ futbolçusu. Yeddi "Superboul" qazanıb və kollec futbol tarixinin ən yaxşı oyunçularından biri hesab olunur.
Avqustun 3-də dünyada baş verən tarixi hadisələr
1492-ci ildə ispan dənizçisi Xristofor Kolumb Asiyaya dəniz yolu axtarmaq üçün Palos-de-la-Frontera şəhərindən üç karavella – "Santa-Mariya", "Ninya" və "Pinta" ilə yola düzəlib. Beləliklə, Kolumbun Yeni Dünyaya ilk səyahəti başlayıb.
1596-cı ildə alman astronomu David Fabritsius ilk dəyişkən ulduz olan "Mira Kit"i kəşf edib.
1778-ci ildə Milanda "La Scala" opera teatrı açılıb.
1882-ci ildə ABŞ Konqresi cinayətkarların və dəlilərin ölkəyə girişini, həmçinin 10 il müddətinə çinlilərin immiqrasiyasını qadağan edib.