DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp qələbə çalarsa: Aİ Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayır

Avropalılar Trampın ticarət tarifləri tətbiq etmə ehtimalından da narahatdırlar.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Avropa İttifaqı ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıra biləcəyindən ehtiyat edir və bu hal üçün fəaliyyət planı hazırlayır.
Bu barədə “Financial Times” yazıb.
Avropalılar Trampın ticarət tarifləri tətbiq etmə ehtimalından da narahatdırlar.
Avropa Komissiyası artıq bu iş üçün “xüsusi işçi qrupu” yaradıb və onun ilk iclası sentyabrda keçiriləcək.
Bundan əvvəl Tramp OPEK-i Harrisin qələbəsi üçün neft qiymətlərini aşağı salmağa cəhddə ittiham edib.
***
Rusiya və Çinin yaxınlaşmasının günahkarı ABŞ-dır - Tramp
ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Vaşinqtonun özü Rusiya Federasiyası ilə ÇXR arasındakı yaxınlaşmaya "töhfə verib".
O, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirilib.
"Onlar özləri Rusiya və Çini yaxınlaşmağa məcbur etdilər. Hər şey Barak Obama ilə başladı" – Tramp deyib.
Bundan əlavə, respublikaçı prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu vurğulayıb.
Tramp bildirib ki, "əgər hakimiyyətdə qalsaydım, Rusiya Federasiyası heç vaxt xüsusi hərbi əməliyyata başlamazdı".
Xatırladaq ki, Tramp ABŞ-da prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsini dayandıracağını dəfələrlə bəyan edib.
Politoloq Vitold Sokala Ukrayna lideri Vladimir Zelenskinin Rusiya Federasiyası ilə danışıqlardan bəhs etməyə Trampa görə başladığını bildirib.