DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Harrisin prezident seçilməsi ABŞ üçün son nəfəs ola bilər - senator

Puşkov, Harrisin prezident seçilmə ehtimalını Roma İmperiyasının tənəzzülü ilə müqayisə edib.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Rusiyalı senator Aleksey Puşkov Kamala Harrisin ABŞ prezident seçkilərində mümkün qələbəsinin ABŞ üçün son nəfəsi ola biləcəyi barədə fikir bildirib.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Puşkov vurğulayıb ki, Harrisin seçilməsi Vaşinqton üçün mənfi ssenaridir. O, bu nəticəni Roma İmperiyasının tənəzzülü ilə müqayisə edib. Həmin dövrdə Roma İmperiyasına getdikcə zəif və bacarıqsız imperatorlar rəhbərlik edirdilər. Onlar isə öz ölkələrini müdafiə edə biləcək şəxslərin məhvi ilə məşğul idilər.
"Hər halda, Harrisin seçilməsi Amerikanın müasir dünyanın aparıcı gücü kimi tənəzzülünü sürətləndirəcək" – Puşkov deyib.
Bir müddət əvvəl ABŞ prezidentliyi uğrunda yarışın keçmiş iştirakçısı Nikki Heyli demişdi ki, Harris Demokratlar Partiyasından prezidentliyə ən zəif namizəddir. Onun fikrincə, Harrisin yeganə üstünlüyü onun yaşıdır, çünki o, "kifayət qədər gənc namizəddir".