BAKI, 1 avqust — Sputnik. İran və onun Livan, İraq və Yəməndəki müttəfiq qüvvələrinin nümayəndələri Fələstinin Həmas hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə qarşı cavab strategiyasını müzakirə etmək üçün Tehranda görüşəcəklər. Bu barədə Reuters mənbələrə istinadən xəbər verir.
Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı "mediada yayılan xəbərlərə cavab vermədiklərini" bildiriblər. "The Jerusalem Post" yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb və bu, regionda vəziyyəti daha da gərginləşdirəcək.
New York Times öz mənbələrinə istinadən iddia edib ki, İranın ali lideri Əli Xamnei Tehranda Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Haniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
O, həmçinin bildirib ki, ABŞ kəşfiyyatının İsrailə dəstəyi olmasaydı, sui-qəsd baş verməzdi. İranın BMT-dəki missiyası həmçinin Təhlükəsizlik Şurasını işğalçılıq əməllərinə görə İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.