BAKI, 1 avqust — Sputnik. Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub. Belə ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibə qalib gələn Kotsoyev olimpiadanın qalibi olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.
01.08.24, 18:42
Fransanın paytaxtında davam edən Yay Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev yarımfinal görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, idmançımızın bu mərhələdəki rəqibi özbəkistanlı Muzaffarbek Turoboyev olub.
Rəqibini 1 vaza-ari xalı ilə məğlub edən Kotsoyev Olimpiadanın finalına vəsiqə qazanıb.
01.08.24, 14:54
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.
Təmsilçimiz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.