DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya İsrailin Haniyə ölümünə səbəb olan hücumunu qətiyyətlə pisləyir - Peskov

İyulun 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Rusiya İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə nəticələnən hücumunu kəskin şəkildə pisləyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz cənab Haniyənin ölümünə səbəb olan bu hücumu qətiyyətlə pisləyirik", – Peskov Kremlin baş verənlərə necə reaksiya verə biləcəyi suala cavabında deyib.
İyulunn 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bəyan edib. Pentaqonun rəhbəri Lloyd Ostin deyib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı mediada yayılan xəbərlərə cavab vermədiklərini qeyd ediblər. "The Jerusalem Post" yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb.