DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hizbullahdan Haniyənin öldürülməsinə reaksiya

Haniyənin ölümü bütün cəbhələrdəki müqavimət döyüşçülərinə mübarizəni davam etdirmək və sionist düşmənlə mübarizə əzmini gücləndirmək üçün daha da qüvvət verəcək.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Livanın Hizbullah hərəkatı bildirib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra müqavimət qüvvələri bütün cəbhələrdə İsrailə qarşı mübarizəni daha da qətiyyətlə davam etdirəcək.
Hərəkatın mətbuata bəyanatında deyilir: "Haniyənin ölümü bütün cəbhələrdəki müqavimət döyüşçülərinə mübarizəni davam etdirmək və sionist düşmənlə mübarizə əzmini gücləndirmək üçün daha da qüvvət verəcək".
HƏMAS-ın Əlcəzairdəki nümayəndəsi Yusuf Həmdan RİA Novosti-yə bildirib ki, Fələstin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi hərəkat rəhbərliyinin siyasətinə təsir etməyəcək.
"Qəhrəman İsmayıl Haniyənin İran prezidentinin andiçmə mərasimində iştirakından sonra ölümü rəhbərliyin (HƏMAS) qərarlarına təsir etməyəcək. Onun strukturları bu xalqımıza qarşı törədilmiş bütün cinayətlərin əvəzini ödətdirəcək", - Həmdan bildirib.
Bu gün səhər saatlarında Fələstinin Həmas hərəkatı Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü bildirib. Hərəkatın məlumatına görə, o, İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin "basqını" nəticəsində öldürülüb.