BAKI, 30 iyul — Sputnik. Ermənistan Səudiyyə Ərəbistanına ilk dəfə səfir təyin edib.
Bu barədə Ermənistanın prezident administrasiyasından bildirilib.
Ermənistanın BƏƏ-dəki hazırkı səfiri Karen Qriqoryan ölkəni Səudiyyə Ərəbistanında da təmsil edəcək.
Məlumata görə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında olduğu müddətdə Səudiyyə Ərəbistanı bu ölkə ilə diplomatik münasibət qurmayıb.