DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşəcək

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Türkiyə-Ermənistan sərhədində münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü keçiriləcək.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Türkiyə və Ermənistan xüsusi nümayəndələri - Ruben Rubinyan Serdar Kılıç sabah sərhəddə görüş keçirəcəklər. Bu barədə məlumatı Ermənistan XİN də təsdiqləyib.
Danışıqlar səhər Ermənistan, günorta Türkiyə tərəfdə aparılacaq.
Xüsusi nümayəndələrin görüşü iyulun 3-dən planlaşdırılıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib ki, Türkiyə-Ermənistan sərhədində münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü keçiriləcək.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur.
İki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.