RUSİYA

Peskovdan Rusiya müdafiə nazirinin müavininin həbsinə reaksiya

Kreml sözçüsü qeyd edib ki, Rusiya hərbçiləri Vaşinqton və Tokionun ABŞ və Yaponiyanın birgə hərbi komandanlığı üçün yeni struktur yaratmaq barədə qərarının lazımi təhlilini aparacaq.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakovun həbsi ilə bağlı vəziyyətdən xəbərdardır, həbslər barədə düşünmək Kremlin işi deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Həbslər haqqında düşünmək Kremlin işi deyil. Təbii ki, prezident bundan xəbərdardır", - Peskov Kremlin keçmiş müdafiə nazirinin müavini Dmitri Bulqakovun həbsi ilə bağlı suala cavabında deyib.

FTX və İstintaq Komitəsi ötən cümə günü Bulqakovun korrupsiya işi ilə bağlı həbs olunduğunu bildirib. O, Müdafiə Nazirliyində RF Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh idi. O, 2010-cu il iyulun 27-də müdafiə nazirinin müavini təyin edilib. 2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
Dmitri Bulqakov, arxiv
Peskov onu da bildrib ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin Aleksandr Lukaşenko keçən həftə Valaamda keçirilən danışıqlarda iki ölkə arasında əməkdaşlığın bütün spektrini, o cümlədən təhlükəsizlik və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Təbii ki, ikitərəfli münasibətlərlə bağlı bütün məsələlər müzakirə olunub, bura ticarət-iqtisadi əməkdaşlıq, yəni ikitərəfli münasibətlərin bütün spektri müzakirə olunub", - Peskov bildirib.

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb
Kreml sözçüsü qeyd edib ki, Rusiya hərbçiləri Vaşinqton və Tokionun ABŞ və Yaponiyanın birgə hərbi komandanlığı üçün yeni struktur yaratmaq barədə qərarının lazımi təhlilini aparacaq.
"Bu, tam olaraq Kreml mövzusu deyil, bu, bizim hərbçilərin təhlili üçün nəzərdə tutulmuş bir mövzudur", - Peskov bildirib.
Bundan əvvəl Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirmişdi ki, Yaponiya və ABŞ komandanlıq koordinasiyasını artırmaq üçün işçi qrup yaradacaqlar. Pentaqonun rəhbəri Lloyd Ostin qeyd edib ki, ABŞ-ın Yaponiyada yeni vahid hərbi komandanlıq strukturu yaratmaq qərarı Çinin fəaliyyəti ilə bağlı deyil.
ABŞ-nin Harry Truman hərbi gəmisi, arxiv
Ostin bildirib ki, Birləşmiş Ştatlar və Yaponiya mövcud və gələcək təhdidləri daha yaxşı həll etmək üçün Sakit Okeanda vahid komandanlığı modernləşdirməyə razılaşıblar. Yeni komanda strukturu Yaponiyada yerləşən ABŞ qoşunları ilə Özünümüdafiə Qüvvələri arasında əməkdaşlığı və koordinasiyanı artırmaq üçün yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.