BAKI, 29 iyul — Sputnik. Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb və qalib gəlib.
73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
29.07.24, 19:23
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.
29.07.24, 15:34
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.
29.07.24, 14:30
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib. O, bu raundda Artur Margelidona (Kanada) ilə qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.