BAKI, 29 iyul — Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya arasında baş verəcək genişmiqyaslı hərbi toqquşma ilk ilində qlobal iqtisadiyyata 4 trilyon dollar və ya qlobal ÜDM-in 3,9%-nə başa gələ bilər. Bu barədə Bloomberg təhlilə istinadən yazır.
"Koreya yarımadasında tammiqyaslı münaqişə cəlb olunması milyonlarla insanın ölümünə səbəb ola bilər və birinci ildə qlobal iqtisadiyyata 4 trilyon dollar və ya qlobal ÜDM-in 3,9%-nə başa gələ bilər", - nəşr bildirir.
Məqalədə münaqişənin ilk ilində Cənubi Koreyada ÜDM-nin 37,5% azalacağı proqnozlaşdırılır. Eyni zamanda qeyd olunur ki, Çin ÜDM-nin 5%-ni, ABŞ isə 2,3%-ni itirəcək.
İtkilər Cənubi Koreyanın belə vəziyyətdə yarımkeçiricilərin istehsalını və onların qonşu dövlətlərə çatdırılması üçün logistik marşrutların təhlükəsizliyini təmin edə bilməməsi ilə əsaslandırılır.
Hazırda Cənubi Koreya DRAM çiplərinin 41%-ni və NAND çiplərinin 33%-ni istehsal edir. Eyni zamanda, Bloomberg qeyd edir ki, bu miqyasda münaqişənin baş vermə ehtimalı çox aşağıdır, lakin sıfıra bərabər deyil.
Məlumata görə, Şimali Koreyada təkpartiyalı sistemin hipotetik süqutundan dünya iqtisadiyyatı ÜDM-in 0,5%-ni itirəcək. Cənubi Koreya da öz növbəsində ÜDM-də 2,5%, Çin 0,5%, ABŞ isə 0,4% azalma ilə üzləşəcək.
Belə bir ssenaridə əsas problem ölkənin nüvə silahlarına nəzarət olacaq. Çünki Koreya qoşunları ilə yanaşı, ABŞ və Çin də qarşıdurmaya cəlb olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.