BAKI, 25 iyul — Sputnik. Ukrayna hakimiyyəti region ölkələri ilə münasibətləri inkişaf etdirməklə Rusiyanın Afrikadakı planlarını pozmaq istəyir.
Bu barədə Fransanın "Le Point" jurnalı məlumat yayıb.
Nəşr dəqiqləşdirir ki, son aylar Kiyev qitədə yeni səfirliklər açmaqla Afrika dövlətləri ilə əlaqələri inkişaf etdirir. Bu tədbir Afrika ölkələrini Moskvaya qarşı sanksiyalara qoşulmağa razı salmaq üçün görülə bilər.
Belə ki, Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarov qeyd edib ki, Kiyev xüsusi hərbi əməliyyata başlayandan sonra bir sıra dövlətlərin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etmək qərarından məyus olub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya lideri Vladimir Putin Afrika ölkələrinin beynəlxalq problemlərin həllində getdikcə daha əhəmiyyətli rol oynaması ilə bağlı açıqlama vermişdi. O, Rusiya tərəfinin afrikalı tərəfdaşlarla dostluq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.