BAKI, 25 iyul — Sputnik. Polad Bülbüloğlu parlament seçkilərində iştirak etmək üçün müraciət edib.
124 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu parlament seçkilərində namizədliyinin qeydə alınması üçün sənədlərini təqdim edib.
İyulun 13-dən deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin qəbuluna başlanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.