BAKI, 25 iyul — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Görüş İrəvanda baş tutub.
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Qriqoryan Ermənistan tərəfinin regionda hərtərəfli və davamlı sülhə sadiqliyini təsdiqləyib.
Xatırladaq ki, Lui Bono sonuncu dəfə bu il mayın sonunda Ermənistana səfər edib.