DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstanda şirkət adlarında dini xarakterli sözlərdən istifadə qadağan edilib

Ölkə parlamentinin deputatları bəyan ediblər ki, bəzi ruhu təmiz olmayan insanlar bu yolla iman arxasında gizlənir və qırğız xalqını aldadırlar.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Qırğızıstanda şirkətlərin adlarında dini xarakterli sözlərdən istifadə qadağan edilib. İyunun 27-də Joqorku Keneşdə (parlament) qəbul edilən Mülki Məcəlləyə dəyişikliklər haqqında qanunu Prezident Sadır Japarov imzalayıb. Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, nizamnamələrində əsas məqsəd gəlir əldə etmək olaraq qeyd edilməyən dini qeyri-kommersiya təşkilatları, habelə normativ hüquqi aktlarda nəzərdə tutulmuş hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxslərin şirkət adlarında dini xarakterli sözlərin, terminlərin və təriflərin istifadəsinə icazə verilmir.
Dua edən insan, arxiv
Eyni zamanda, müəyyən edilir ki, dini xarakterli sözlərin, terminlərin, təriflərin siyahısı və onlardan istifadə qaydası Qırğız Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Bu təşəbbüslə deputatlar çıxış ediblər. Onlar bildiriblər ki, ruhu təmiz olmayan insanlar iman arxasında gizlənir və qırğız xalqını aldadırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.