BAKI, 23 iyul — Sputnik. ABŞ lideri Co Bayden qalib gəlmək şansı olmadığı üçün prezidentlik yarışından geri çəkilməklə "şərəfini xilas edib". Bunu Polşanın sabiq rəhbəri Lex Valensa "Goniec" portalına deyib.
Valensa qeyd edib ki, Donald Trampa sui-qəsd cəhdindən sonra Bayden seçkilərdə qalib gəlmək şansını itirib.
"Buna görə də o, öz şərəfini və bütün tərəfdarlarının şərəfini qoruyaraq düzgün iş görüb", - Polşanın keçmiş prezidenti vurğulayıb.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Baydenin prezidentlik yarışından geri çəkilmək qərarına təəccüblənməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.