BAKI, 22 iyul — Sputnik. ABŞ Prezidenti Co Bayden öz dövlətindən "banan respublikası" yaradıb.
Belə bir bəyanatı X * sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) milyarder Devid Saks yayımlayıb.
Onun sözlərinə görə, Bayden qanunauyğun olaraq dövlət çevrilişinin qurbanı olub. Sahibkar əmindir ki, hazırkı prezident "devrilib".
Beləliklə də, lider öz sələfi Donald Trampın cinayət təqibinə görə cavab vermis olub. Saks hesab edir ki, Bayden öz hərəkətlərinə görə "tam cavab verib".
"Nə əkərsən, onu da biçərsən", - milyarder yazıb.
Daha əvvəl bildirilib ki, Bayden prezident yarışında iştirak etməkdən imtina edib və vitse-prezidenti Kamala Harrisi dəstəkləyib. Bununla yanaşı, o, lazım olan müddəti tamamlamaq niyyətindədir.