MƏDƏNİYYƏT

Dünya caz ulduzu Qreqori Porter ilk dəfə Bakıda çıxış edəcək

Amerikalı ifaçı 19-cu Bakı Caz Festivalının baş leyneri olacaq.
Sputnik
BAKI, 21 iyul - Sputnik. Dünya caz korifeyi Qreqori Porter oktyabrın 17-dən 27-dək Azərbaycanın paytaxtında keçiriləcək Bakı Caz Festivalı 2024 çərçivəsində ilk dəfə Bakıda çıxış edəcək.
Festivalın direktoru Leyla Əfəndiyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onlar payıza səylə hazırlaşırlar və xarici sənətçilərlə danışıqlar aparırlar.
Onun sözlərinə görə, XIX Bakı Caz Festivalının baş layneri həm məxməri səs tembri, həm də baş geyimi ilə tanınan amerikalı caz vokalçısı, iki dəfə Qremmi mükafatı laureatı Qreqori Porter olacaq.
O, qeyd edib ki, sənətçinin konsert proqramı bir il öncədən yazıldığından, onun komandası ilə uzun müddətdir danışıqlar aparıblar. Porter Bakıda məşhur caz kompozisiyalarını təqdim edəcək.
Əfəndiyeva əlavə edib ki, festivalın tam proqramı tezliklə ictimaiyyətə açıqlanacaq. Qreqori Porter 4 noyabr 1971-ci ildə Los-Ancelesdə anadan olub. O, 2004-cü ildə çıxış etməyə başlayıb. O, ilk iki studiya albomunu, Water (2010) və Be Good (2012) Motéma etiketinə yazdırdı və 2013-cü ildə Blue Note Records ilə müqavilə imzaladı və həmin il üçüncü albomu olan Liquid Spirit'i buraxdı. Bu, Porterə ilk "Qremmi" mükafatını gətirdi və caz musiqisi üçün nadir kommersiya uğuru oldu.
Porterin dördüncü albomu Take Me to the Alley, 2016-cı ildə işıq üzü gördü. Bu, müğənniyə ən yaxşı caz vokal albomu üçün ikinci Grammy mükafatını gətirdi. Porter demək olar ki, heç vaxt onun məşhur düz şişkin papağı olmadan görünmür. O, bu baş geyimini üzündə aparılan əməliyyatlar üzündən geyinməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.