DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Konqresinin Nümayəndələr Palatası Baydeni istefaya çağırdı

Nümayəndələr Palatasının spikeri Mayk Conson Baydeni namizədliyini geri çəkdiyini elan etdikdən sonra postunu tərk etməyə çağırıb.
Sputnik
BAKI, 21 iyul - Sputnik. Cozef Bayden prezidentliyə namizəd olmağa uyğun deyilsə, o, dərhal istefa verməlidir.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson "X" səhifəsindəki paylaşımda bildirib.
O, Baydeni namizədliyini geri çəkdiyini elan etdikdən sonra postunu tərk etməyə çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.
DÜNYA XƏBƏRLƏRİ
Bayden ABŞ prezidentliyinə namizədliyini geri götürdü