CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süd qəhvənin faydalı xüsusiyyətlərini azaldır

Qəhvəyə süd əlavə etmək antioksidantların - orqanizmdə oksidləşmə prosesləri ilə mübarizə aparan, hüceyrələrin zədələnməsinin qarşısını alan maddələrin miqdarını azaldır.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Qəhvəyə südün əlavə edilməsi bu içkinin faydalı xüsusiyyətlərinin azalmasına gətirib çıxarır. Rusiyalı qastroenteroloq Darya Utyumova Kopenhagen Universitetinin müvafiq araşdırmasının məlumatlarına istinadən bu barədə danışıb.
Süd və qəhvə
Utyumovanın sözlərinə görə, alimlər müəyyən ediblər ki, qəhvəyə süd əlavə etmək antioksidantların - orqanizmdə oksidləşmə prosesləri ilə mübarizə aparan, hüceyrələrin zədələnməsinin qarşısını alan maddələrin miqdarını azaldır.
Utyumova, laktoza dözümsüzlüyü olan insanlar tərəfindən südlü qəhvənin zəif mənimsənilməsi ehtimalını da qeyd edib.
Daha əvvəl dişlər üçün ən zərərli qidalar arasında qəhvənin də olduğu açıqlanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.