İDMAN

“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub

"Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək.
Sputnik
BAKI, 17 iyul - Sputnik. Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.