İDMAN

Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazanıb

61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək birinciliyi bayram edib.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Azərbaycanın 2 karateçisi Astana şəhərində keçirilən "Kazakhstan Open" beynəlxalq karate turnirində fəxri kürsüyə qalxıb.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib ki, Rəşid Süleymanov (16-17 yaş) 76 kq çəki dərəcəsində gümüş medal qazanıb.
61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək birinciliyi bayram edib. Oksana böyüklərin yarışında da fərqlənməyi bacarıb. Həmyerlimiz bu dəfə bürünc medala sahib olub.