BAKI, 11 iyul - Sputnik. Birləşmiş Ştatlar Vladimir Zelenskinin çağırışlarına və narazılığına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərindəki zərbələrinə qoyulan məhdudiyyətlərə yenidən baxmaq niyyətində deyil. RİA Novosti xəbər verir ki, belə bir açıqlama ilə ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə axşamı çıxış edib.
"Biz öz mövqeyimizi açıqlamışıq. Bizim transsərhəd zərbələrlə bağlı sağlam siyasətimiz var... Biz Rusiyanın dərinliyinə zərbə taktikasından istifadə etməyə icazə vermirik", - deyə o, jurnalistlərə brifinqdə Ukrayna Silahlı Qüvvələri üçün mövcud məhdudiyyətləri şərh edərkən deyib.
Sallivanın sözlərinə görə, ABŞ Kiyevə verilən ABŞ F-16 qırıcılarının Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində müdafiəsi üçün istifadə ediləcəyini və Ukrayna ərazisində yerləşdiriləcəyini gözləyir.
Ağ Ev rəsmisi əlavə edib ki, Kiyevə 500 kilometrə qədər məsafədən zərbə endirmək imkanı verməyə çağıran Zelenskinin şikayətlərinə və narazılıqlarına baxmayaraq, bu məsələ ilə bağlı heç bir elan veriləcəyi planlaşdırılmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.