DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq NATO üçün ən böyük təhlükənin adını çəkib

Stoltenberq bildirib ki, NATO Rusiyanın qalib gəlməsinə imkan verə bilməz, çünki bu, "onilliklərin ən böyük təhlükəsi" olacaq.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Rusiyanın Ukrayna münaqişəsində qələbəsi Şimali Atlantika Alyansı üçün ən böyük təhlükədir.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Bu barədə "RİA Novosti" yazıb.
Stoltenberq Vaşinqtonda NATO sammitinin açılış mərasimində müvafiq bəyanatla çıxış edib. O, bildirib ki, NATO Rusiyanın qalib gəlməsinə imkan verə bilməz, çünki bu, "onilliklərin ən böyük təhlükəsi" olacaq.
Baş katibin sözlərinə görə, Moskvanın qələbəsi alyansın digər əleyhdarları: İran, Çin və Şimali Koreya üçün stimul ola bilər.
Bundan əvvəl Vyanadakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov demişdi ki, Qərbin Moskvanı "strateji məğlubiyyətə uğratmaq" istəyi nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər. Onun fikrincə, Ukrayna münaqişəsi fonunda Qərb Rusiya ilə "qarşıdurma girdabına getdikcə daha da dərin baş vurur".