DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Venesuela Kiyevlə bağlı Moskvanın bəyəndiyi istənilən sülh planını dəstəkləyəcək

Rəsmi Karakas əmindir ki, plan ilk növbədə Moskvaya uyğun olmalıdır. Dünyanın istənilən ölkəsi təşəbbüs irəli sürə bilər.
Sputnik
BAKI, 9 iyul — Sputnik. Venesuela Rusiyanın maraqlarını nəzərə alacağı təqdirdə Ukrayna böhranının həlli üçün istənilən sülh təşəbbüsünü dəstəkləməyə hazırdır.
Bu sözləri respublikanın Rusiya Federasiyasındakı səfiri Xesus Rafael Salasar Velaskes "İzvestiya"ya müsahibəsində deyib.
Rəsmi Karakas əmindir ki, plan ilk növbədə Moskvaya uyğun olmalıdır. Dünyanın istənilən ölkəsi təşəbbüs irəli sürə bilər.
"Venesuela həmişə Rusiya Federasiyasının tərəfində olacaq" – Velaskes bildirib.
Beləliklə, diplomat ölkənin Çin və Braziliyanın müəllifi olduğu təşəbbüsü qəbul etməyə hazır olub-olmaması sualına cavab verib.
Bundan əvvəl Çin Prezidenti Si Cinpin bildirib ki, bütün böyük dövlətlər "mənfi enerji əvəzinə müsbət enerji" nümayiş etdirdikdə Ukraynada atəşkəs əldə oluna bilər.