İQTİSADİYYAT

İşə düzəlməyə çətinlik çəkənlərə müjdə

Bundan əlavə, kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək.
Sputnik
BAKI, 8 iyul — Sputnik. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda ƏƏSMN-ə 6 ay müddətində məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Həmçinin kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək. Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.