İQTİSADİYYAT

Rusiya yaxın vaxtlarda Aİİ və BƏƏ arasında azad ticarət sazişinin bağlanacağına ümid edir

Qeyd edək ki, iyunun 12-dən 14-dək Dubayda Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişinin bağlanması üzrə danışıqların üçüncü mərhələsi keçirilib.
Sputnik
BAKI, 8 iyul — Sputnik. Rusiya yaxın aylarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında azad ticarət sazişinin bağlanacağına ümid edir.
Bu barədə Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov bu gün Yekaterinburqda start verilən "İnnoprom" Beynəlxalq Sənaye Sərgisində çıxışı zamanı deyib.

"Qarşılıqlı ticarətin aparılması üçün şəraitə də böyük diqqət yetiririk. Burada qarşılıqlı ticarətdə lazımsız maneələrin yaxın vaxtlarda aradan qaldırılacağına və yaxın aylarda preferensial ticarət sazişinin bağlayacağına ümid edirik. Bu forum çərçivəsində Avrasiya İqtisadi Komissiyasının naziri Andrey Slepnyov ilə BƏƏ-dən olan həmkarlarımız arasında görüş keçiriləcək", - Əlixanov bildirib.

Xatırladaq ki, iyunun 12-dən 14-dək Dubayda Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişinin bağlanması üzrə danışıqların üçüncü mərhələsi keçirilib.
O zaman Avrasiya İqtisadi Komissiyasının Ticarət Siyasəti Departamentinin direktor müavini Mixail Çerekayev bildirib ki, keçirilən raundun yekunlarına əsasən, sazişin tənzimləyici hissəsinin razılaşdırılmasında mühüm irəliləyişlərin əldə olunması planlaşdırılır.

"Bu günə qədər artıq razılaşdırılmış bölmələrimiz, həmçinin danışıqlar prosesinin uğurla başa çatdırılması üçün həll edilməsi lazım olan məsələlərin anlaşılması da var", - Çerekayev qeyd edib.

BƏƏ ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların birinci və ikinci raundları martda baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.