RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Çin Ukrayna böhranının sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyir - Si Cinpin

Ötən cümə günü Orban və onun nümayəndə heyəti Moskvaya gələrək Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib.
Sputnik
BAKI, 8 iyul — Sputnik. Çin Ukrayna münaqişəsi üzrə danışıqları özünəməxsus şəkildə təşviq edir və böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir. Bunu Çin prezidenti Si Cinpin Pekində Macarıstanın baş naziri Viktor Orbanla görüşündə bildirib.
Orban iyulun 8-i Pekinə sülh missiyasının davamı olaraq gəlib.
Si Cinpin Çin və Macarıstanın Ukrayna böhranının həlli ilə bağlı mövqeləri və səylərinin istiqamətləri üst-üstə düşdüyünü bildirib.
Ötən cümə günü Orban və onun nümayəndə heyəti Moskvaya gələrək Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. O, Moskva səfərini sülh missiyasının növbəti mərhələsi adlandırıb, onun birinci mərhələsi iyulun 2-də Kiyevə səfər olub.
Macarıstanın baş naziri bildirib ki, o, tezliklə bir neçə oxşar görüşlər keçirmək niyyətindədir. Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa siyasətçilərinə Orbanın "sülh missiyası" çərçivəsində növbəti hərəkətlərindən əvvəl təhlükəsizlik kəmərlərini bağlamağı" tövsiyə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.