BAKI, 7 iyul — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Report" xəbər verir ki, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.
14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.
"Zirə" (62,25 xal) səkkiz pillə irəliləyərək 361-ci, "Sabah" (60,75 xal) doqquz mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.
Qeyd edək ki, dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.
10.06.24
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
507 komandadan ibarət siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.
5 pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudur.
17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, 5 addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür.
Qeyd edək ki, dünya reytinqinə "Mançester Siti" (401 xal) başçılıq edir.