BAKI, 6 iyul - Sputnik. Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.
Bu barədə Prezident İlham Əliyev rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edib.
“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm!", - paylaşımda deyilir.
Qeyd edək ki, Türkiyə milli komandası Avropa Çempionatının 1/4 mərhələsində bu gan Hollandiya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.