CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 5 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 5 iyul — Sputnik. İyulun 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 5-də kim anadan olub?
Klara Setkin (1857-1933) - alman siyasətçisi, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisidir. Ehtimal olunur ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasını məhz Klara Setkin irəli sürüb.
Klara Setkin
Sergey Obraztsov (1901-1992) - Sovet aktyoru və SSRİ xalq artisti, Moskvada kukla teatrının qurucusu və onun direktorudur.
Sergey Obraztsov (
Timur Bədəlbəyli (1973) - Rusiya teatr və kino aktyorudur. O, həmçinin Rusiya və Azərbaycanın əməkdar artistidir. Aktyor "Ağ qum", "Qorxma, mən səninləyəm!", "Qapalı mövsüm", "Kabusun gözüylə" və s. filmlərdə rol alıb.
Timur Bədəlbəyli
Tuba Büyüküstün (1982) - Türkiyə kino aktrisası və fotomodeldir. O, "Kara para aşk", "Rüzgarın xatirələri" və s. seriallarda bir çox obrazları canlandırıb.
Tuba Büyüküstün
5 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1811-ci ildə Venesuela öz müstəqilliyini elan edib.
1841-ci ildə ingilis Tomas Kuk ilk turizm agentliyini açıb.
1921-ci ildə keçirilən Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun toplantısında Qarabağın Azərbaycan SSR-in tərkibində qalması qərara alınaraq ona geniş muxtariyyət verilib.
1994-cü ildə Çində uşaq əməyindən istifadə etmək qadağan edilib.
2011-ci ildə Heydər Əliyev Sarayında Dünya Azərbaycanlılarının III Qurultayı açılıb. Burada 42 ölkədən 579 nümayəndə, eləcə də 30 ölkədən 211 qonaq iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.