"Bütünlüklə Ermənistan baş nazirinin hansı məqsədlər güddüyünü deməkdə çətinlik çəkirəm. Amma yenə də bu ölkənin konstitusiyasında ediləcək dəyişikliklər bizim maraqlarla üst-üstə düşür. Əgər Azərbaycana qarşı ərazi iddiaları göstərilmiş müddəaların çıxarılması baş verəcəksə, bu müsbət qarşılanacaq. Bu da sülh sazişi üçün yolun tam açılması anlamına gələcək".
"ABŞ Ermənistandan tələb edir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sürətləndirsin. Bu prosesdə ABŞ və Ermənistanın maraqları bəllidir. Çünki Azərbaycanla münasibətlərdə gərginliyin qalması, növbəti toqquşmaların baş verməsinə əsas verə bilər. ABŞ və onun bölgədəki peyk hakimiyyəti bundan çəkinir. Ona görə çəkinir ki, Ermənistanın Rusiya ilə də gərgin münasibətləri fonunda şimal qonşumuz Paşinyan rejimini cəzalandırmaq üçün müvafiq addımlar ata bilər. Ən azından Rusiya Azərbaycanın Ermənistanla bağlı siyasətinə dəstək ola bilər. Məhz bu reallıqlar Ermənistanı problemlərin aradan qaldırılması üçün ciddi addımlar atmağa sövq edir".
"Paşinyan hakimiyyəti iqtidara olan etimadı artırmaq üçün seçicilərin rəğbətini qazanmağa çalışır. Bununla yanaşı, ABŞ-ın məqsədi Ermənistanı regionla bağlı layihələrə qazandırmaqdır. Ermənistanın tranzit dövlət olaraq əhəmiyyətini artırmaq istəyirlər. ABŞ Azərbaycan və Avropa arasında enerji layihələrində Ermənistanın yer almasına çalışacaq. Bununla yanaşı Türkiyə-Ermənistan münasibətlərində dəyişikliklərin aradan qaldırılması Ermənistanın Avropaya inteqrasiyası üçün sədlərin aradan qaldırılmasına öz töhfəsini verə bilər. Bütün bu açıqlamalar əslində regionla bağlı planların tərkib hissəsidir".