RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Orban: Sülh naminə hərəkət etməliyik

İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq üçün Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Macarıstanın baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşün mətbuata açıq hissəsindən sonra deyib ki, sülh naminə hərəkət edilməlidir.
Orban iyulun 5-i Moskvaya gəlib və Putinlə görüşür. O, Moskvaya səfərini sülh missiyasının növbəti mərhələsi adlandırıb.
Bundan əvvəl Macarıstanın hakim partiyası Fides-Xristian Demokratik Xalq Partiyasının kommunikasiyalar üzrə direktoru Tamaş Mençer bildirmişdi ki, Ukraynada sülhün bərqərar olması mümkündür, bu, iradə və lazımi səylərlə mümkündür, Orbanın etdiyi də budur.
Orbanın Təşəbbüsü
İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq üçün Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib.
Kiyevdəki danışıqlardan sonra jurnalistlərlə görüşdə Zelenski Orbanın təklifi ilə bağlı heç nə deməsə də, Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva daha sonra bildirib ki, bu cür təşəbbüslər nizamlanmanın digər aspektlərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz.
Səfərin sonunda Macarıstanın baş naziri İsveçrənin həftəlik "Die Weltwoche" qəzetinə verdiyi müsahibədə Zelenskinin atəşkəs ideyasını həqiqətən bəyənmədiyini söyləyib. Eyni zamanda, Orban Zelenskinin bu barədə bəzi şübhələri olduğunu açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.