AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan prezidenti Hakan Fidanı qəbul edib

Türk Dövlətləri Təşkilatının sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunub.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Qeyd edək ki, bu gün Şuşada Türk Dövlətləri Təşkilatının sammiti işə başlayır.
5-6 iyul tarixlərində keçiriləcək sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunub.
Sammitdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin də iştirakı gözlənilir.
Xatırladaq ki, Hakan Fidan sonuncu dəfə cari ilin martında Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısı çərçivəsində Azərbaycana gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.