CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni qanuna məhəl qoymadan quda olmağa hazırlaşan qohumları nə gözləyir?

Millət vəkili Fazil Mustafa bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək çətin olmayacaq.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Qanuna əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişiklik 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də, bu qanun hazırda nişanlı olanlara şamil edilməyəcək.
Bunu Sputnik Azərbaycan-a Ailə Məcəlləsində qohum evliliyini qadağan edən müddəaların salınmasını şərh edən deputat Fazil Mustafa bildirib. O əlavə edib ki, bu qanun qüvvəyə mindikdən, bu məsələ müəyyən edildikdən sonra onun səbəbkarı olan şəxslər, eləcə də restoran sahiblərinin məsuliyyəti nəzərdə tutulur:

"Hələki xala, bibi, dayı, əmi uşaqlarının qohum evliliklərinə məhdudiyyət qoyulmur. Qanun 1 ildən sonra qüvvəyə minir. Bir il ərzində 18 yaşı bitmiş hər bir kəs öz qohumu ilə nikaha girə bilər. Azərbaycanda əvvəldən də qanunla qohum evliliyi qadağan idi. Bura xala və bibi, dayı və əmi uşaqlarının evliliyinin qadağası da əlavə edildi".

Millət vəkili onu da bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək çətin olmayacaq. Bunun üçün müvafiq dövət qurumundan arayış tələb olunacaq:
"Müvafiq qurumdan verilmiş arayışla bunu müəyyən etmək mümkün olacaq. Əgər arayışda yanlış informasiya verilərsə, bunun üçün qanunda məsuliyyət nəzərdə tutulub. Çünki bu, əhalinin sağlamlığı üçündür. Bu qərar gələcəkdə sağlamlıq imkanı məhdud uşaqların doğulmasının qarşısını almaq məqsədi daşıyır. Əsas hədəf genefondun qorunmasıdır".
Qeyd edək ki, Milli Məclis Ailə Məcəlləsində əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişikliyi təsdiqləyib. Bu məsələ müzakirələrə səbəb olub.
Beləcə Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir:
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;