RUSİYA

Putin Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılmasını prioritet vəzifə adlandırıb

Ailə, sevgi və sədaqət bayramı Rusiyada hər il iyulun 8-də qeyd olunur.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması və doğum səviyyəsinin dəstəklənməsi milli prioritetdir.
Bunu ölkə Prezidenti Vladimir Putin bu bayrama həsr olunmuş konsertin iştirakçılarını və qonaqlarını qarşıdan gələn Ailə, Sevgi və Sədaqət Günü münasibətilə təbrik edərkən deyib.
"Demoqrafik vəziyyətin yaxşılaşdırılması, doğum səviyyəsinin və çoxuşaqlı ailələrin dəstəklənməsi, ailə dəyərlərinin və təməllərinin möhkəmləndirilməsi, rusiyalı ailələr üçün layiqli həyat keyfiyyətinin təmin edilməsi bizim prioritet milli vəzifəmizdir", - Putin qeyd edib.
"Ailələr nə qədər çox mehriban və əmin-amanlıqda yaşayarsa, cəmiyyətimiz bir o qədər humanist və qüvvətli olar, onun gələcəyinə inam bir o qədər güclü olar", deyən prezident bildirib ki, "insanın şəxsiyyəti məhz ailədə formalaşır, onun əxlaqi əsasları ailədə qoyulur".
Qeyd edək ki ailə, sevgi və sədaqət bayramı Rusiyada hər il iyulun 8-də qeyd olunur. Bundan əvvəl Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina Rusiya Federasiyasının əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakova bu günün istirahət günü olması təklifi ilə müraciət ünvanlamışdı.