"Tək ona görə yox ki, Azərbaycan mənşəlidir. Pezeşkian kifayət qədər praqmatik siyasətçidir. O, İranda hakimiyyətdə olan qüvvələrin sıralarında olub, yüksək vəzifələrdə çalışıb. Faktiki olaraq, bu şəxs cəmiyyəti yaxşı tanıyır, radikal yanaşmalardan uzaqdır. Digər tərəfdən o regionumuzun semantikasına yaxşı bələddir, o cümlədən Azərbaycanla münasibətlər baxımından belə bir şəxsin prezident olması daha yaxşı olar".
"Səid Cəlili isə Pezeşkianla müqayisədə radikal addımların tərəfdarıdır. Səid Cəlili İranın BAEA-dakı nümayəndəsi olduğu dövrdəki fəaliyyəti ölkəsinə dividentlər gətirməyib. Buna görə də, Səid Cəlili İranın başına sanksiya bəlalarını gətirib çıxaran şəxs kimi xarakterizə olunur. Səid Cəlili barışmaz, radikal mövqeyini heç zaman gizlətməyib. Onun baxışları bir baxıma insanları təlaşlandırır".
"Burada əsas önəmli məsələ artıq ölkələr arasında münasibətlərin normallaşması ilə bağlı qərarın qəbul edilməsidir. İranda hamımız bilirik ki, əsas mövqe dini liderin baxışlarıdır. Yəni, İranda etnik azərbaycanlının seçilməsi və ya seçilməməsi Azərbaycanla münasibətlərdə önəmli rol oynamır. İranda dövlət sistemi öz maraqlarına uyğun addım atır. Ermənistanda Pezeşkianın seçiləcəyi ilə bağlı narahatlıqlar sadəlövhlükdən başqa bir şey deyil. Yəni, əsas olan İran dövlət aparatının və ali dini liderinin yanaşmasıdır".