BAKI, 3 iyul — Sputnik. Rusiya müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının (MNŞ) sədri seçilib.
Bu qərar MDB Nazirlər Şurasının Minskdə keçirilən növbəti iclasında yekdilliklə qəbul edilib.
Belarusun müdafiə naziri Viktor Xrenin deyib ki, Qərb bütün MDB ölkələrinə qarşı ideoloji müharibə aparır və Minsk belə siyasətə qarşı çıxmaq təcrübəsini bölüşməyə hazırdır.
"Əslində, birliyin bütün ölkələrinə qarşı ideoloji müharibə aparılır, həm ayrı-ayrı xalqlar, ölkələr, həm də bütöv regionlar arasında mövcud dostluq münasibətləri pozulmağa cəhd edilir", Xrenin qeyd edib.
Xrenin xatırladıb ki, bu yaxınlarda Belarus kollektiv Qərbin yaratdığı böhranlı siyasi hadisələri dəf etdi və Belarus xalqının qarşısında qoyulan çağırışa uğurla tab gətirdi.
"Belarus tərəfi mövcud təcrübəsini, o cümlədən əhalinin və hərbçilərin vətənpərvərlik tərbiyəsi sahəsindəki təcrübəsini bölüşməyə hazırdır", - nazir vurğulayıb.