DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə İrandan PKK-ya qarşı hərbi əməliyyata müdaxilə etməməyi tələb edib - KİV

Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə Türkiyə ilə İran arasında keçirilən görüşdə İrandan PKK-ya qarşı mübarizədə əməkdaşlıq təklif edilib.
Sputnik
BAKI, 2 iyul — Sputnik. Türkiyə İrandan ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) silah verməməyi və Ankaranın silahlı kürd qüvvələrinə qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib. Bu barədə Türkiyənin hökumətyönlü "Yeni Şafak" qəzeti mənbələrə istinadən yazıb.
Bundan əvvəl nəşr İraqdakı PKK-ya ABŞ və İrandan pilotsuz təyyarələr və raketlərin tədarükü barədə məlumat vermişdi. Qəzetin yazdığına görə, Türkiyə hökuməti orduya kürd yaraqlılarına verilən istənilən silah-sursatın məhv edilməsi barədə göstəriş verib.
"Keçən həftə Süleymaniyyədə (İraq - red.) Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə Türkiyə ilə İran arasında keçirilən görüşdə İrandan PKK-ya qarşı mübarizədə əməkdaşlıq təklif edilib", – nəşr yazır.
Məlumata görə, İran rəsmiləri PKK-ya hər hansı təchizat etmədiklərini bildiriblər.
"Bundan sonra İran rəsmiləri Türkiyə tərəfinin arqumentlərini təkzib edərək, yükün onlara heç bir aidiyyətinin olmadığını bildiriblər. Türkiyə İranın sərhəd bölgəsindəki terrorçuları Türkiyə ərazisinə dəfələrlə keçdiyini açıqlayıb, İrandan bunun qarşısını almağı tələb edib. Bildirilib ki, İran Türkiyənin PKK-ya qarşı əməliyyatına hər hansı müdaxilədən çəkinməlidir".
Kürdüstan Fəhlə Partiyası ilə silahlı münaqişə Türkiyədə 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən aktivləşib. Şimali İraqda PKK bazaları var ki, Türkiyə Silahlı Qüvvələri onlara qarşı hava və quru əməliyyatları aparır. Mosulun şimal-şərqində yerləşən Zlikan düşərgəsində türk hərbçilərinin olması Bağdad və Ankara arasında mübahisə nöqtəsinə çevrilib və bu, onun PKK ilə mübarizə aparmaq üçün yerləşdirilməsini zəruri hesab edir.