PAYTAXT XƏBƏRLƏRİ

Yasamalda ağacları bina tikmək məqsədilə kəsiblər - Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Sputnik
BAKI, 30 iyun — Sputnik. Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
27.06.24, 16:51
Yasamalda ağacların kökündən qopması ilə bağlı müəmma: Külək, yoxsa MTK?
Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında ağaclar müəmmalı şəkildə kökündən qopur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkədə sakinlər bildirib.
Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında kəsilmiş ağaclar
Şəymən Bayramova adlı Facebook istifadəçisi yazıb ki, Yasamalda 3 ağac müəmmalı şəkildə kökündən aşıb.
"Guya ağaclar gecə əsən küləyin təsirindən qırılıb. Ərazidə yaşayan sakinlər isə iddia edir ki, dünən həmin ərazidə bu ağacları kökündən qıracaq qədər şiddətli külək olmayıb. Hər tərəfdən hündürmərtəbəli binalarla əhatə olunmuş ərazidə üç sağlam ağacın eyni vaxtda, peşəkarcasına qırılması şübhə doğurur." - Bayramova bildirib.
O qeyd edib ki, Zərdabi 69 ünvanında yerləşən beşmərtəbəli bina uzun müddətdir qəzalı vəziyyətdədir və üzbəüzdə (5-6 metr aralıda) yeni hündürmərtəbəli binalar inşa edilir. Uzun müddət tikintisi davam edən inşaatın qarşı binada yaşayan sakinlərlə MTK arasında yaşanan anlaşılmazlıq səbəbindən ləngidiyi qeyd edilib.
"Onu da deyək ki, həmin binanın ərazisindəki digər ağaclar da zaman- zaman müəmmalı şəkildə kökündən aşıb. Odur ki, sakinlər sözügedən MTK-nın tikdikləri binanın həyətini genişləndirmək üçün ağacları bilərəkdən məhv edərək "külək qırıb" görüntüsü yaratmasını istisna etmirlər" - Ş.Bayramova yazıb.
Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında kəsilmiş ağaclar
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ağacların aşma səbəbləri və sakinlərin iddiaları araşdırılacaq.
Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında kəsilmiş ağaclar