İDMAN

Avro-2024-ün 1/8 final mərhələsi başlanır

Turnirin 1/8 final mərhələsində 16 komanda 1/4 finala çıxmaq uğrunda mübarizə aparır.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Bu gün Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi başlanır.
İlk oyun günündə iki qarşılaşma olacaq.
Əvvəlcə meydana İsveçrə və İtaliya yığmaları çıxacaqlar. Berlin Olimpiya Stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Günün ikinci matçında Almaniya millisi Danimarkanı sınağa çəkəcək.
Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.